Daha bir ukraynalı futbolçu müharibənin qurbanı oldu

daha-bir-ukraynali-futbolcu-muharibenin-qurbani-oldu
Oxunma sayı: 1569

Ukraynanın tanınmış futbolçusu Artur Qritsenko Rusiya ilə müharibədə öldürülüb.

“Qafqazinfo” Ukrayna mətbuatına istinadən xəbər verir ki, “Karpatı”nın keçmiş müdafiəçisi desant-həmlə briqadasında hərbçi olub.

44 yaşlı veteran futbolçu Xarkovun müdafiəsi zamanı gedən döyüşlərdə həlak olub.