Daha yarım milyon vətəndaşın işi ASANlaşdı... - Fotolar

daha-yarim-milyon-vetendasin-isi-asanlasdi
Oxunma sayı: 3025

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev yanvarın 16-da Lənkəran regional “ASAN xidmət” mərkəzinin açılışını edib.

“Qafqazinfo”nun məlumatına görə, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev mərkəz barədə dövlət başçısına məlumat verib.

Bildirilib ki, Lənkəran regional “ASAN xidmət” mərkəzi rayonun Qurumba kəndində inşa edilib. Mərkəz üçün ayrılmış iki hektar ərazidə üçmərtəbəli inzibati bina, fəvvarə, yerüstü avtomobil dayanacağı, istirahət və uşaq əyləncə meydançası, “ASAN Kafe” yaradılıb.

Dövlət başçısı Lənkəran regional “ASAN xidmət” mərkəzini işə salıb.

Məlumat verilib ki, Lənkəran, Astara, Lerik və Yardımlı rayonlarında qeydiyyatda olan ümumilikdə 500 minə yaxın vətəndaşa xidmət edəcək mərkəz ərazi məhdudiyyəti olmadan fəaliyyət göstərəcək. Burada 214 əməkdaş və 40 könüllü çalışacaq.

Qeyd edək ki, hazırda ölkəmizdə 26 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Lənkəran “ASAN xidmət” mərkəzi sayca 27-cidir.