Qana hökuməti millisinin və İspaniyanın “Vilyarreal” klubunun yarımmüdafiəçisi Tomas Partinin 2026-cı il Dünya Çempionatının ilk turunda Kanadaya buraxılmaması qərarından məhkəməyə şikayət edəcəyini açıqlayıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Qana hökuməti Kanadanın qərarını son dərəcə ədalətsiz adlandırıb.
Rəsmi açıqlamada qeyd olunub ki, futbolçu barəsində hələ məhkəmə hökmü çıxarılmayıb və onun təqsiri sübuta yetirilməyib.
Qeyd edək ki, Tomas Parti Panama ilə keçiriləcək qrup mərhələsinin ilk matçını buraxacaq. Buna səbəb Kanadanın ulduz futbolçunun ölkə ərazisinə girişinə qadağa qoymasıdır. Kanada tərəfi bu addımı futbolçuya qarşı açılmış 5 fərqli zorlama epizodu ilə əlaqələndirib.
Son xəbərlər
Son Xəbərlər