“Deichmann” artıq Azərbaycanda - Alman keyfiyyəti və dünya trendləri hər kəs üçün əlçatan

deichmann-artiq-azerbaycanda
Oxunma sayı: 1068

Avropanın ən böyük ayaqqabı pərakəndə satış şəbəkələrindən biri olan “Deichmann” artıq Azərbaycanda fəaliyyət göstərir. Brend hazırda Bakıda “28 Mall” və “Dəniz Mall” ticarət mərkəzlərində yerləşən mağazaları ilə müştərilərə xidmət göstərir.

Alman keyfiyyəti, dünya moda trendləri və sərfəli qiymət siyasəti ilə tanınan Deichmann qısa müddətdə Azərbaycan bazarında hər kəs üçün əlçatan moda məkanı kimi mövqeyini möhkəmləndirir. Brendin əsas məqsədi müştərilərə yalnız məhsul təqdim etmək deyil, eyni zamanda gündəlik həyatın hər anında rahatlıq, keyfiyyət və stil bəxş edən seçimlər təqdim etməkdir.

Şirkətin Azərbaycan üzrə əməliyyat rəhbəri İradə Məmmədovanın sözlərinə görə: “Bizim üçün əsas prioritet yalnız satış deyil. Məqsədimiz müştərilərə gündəlik həyatın hər anında rahatlıq, keyfiyyət və stil təqdim etməkdir. Alman keyfiyyət standartlarını yerli bazarın ehtiyacları ilə birləşdirərək həm trend, həm də sərfəli seçimlər təqdim etməyə çalışırıq”.

Trend, rahatlıq və geniş seçim

“Deichmann” mağazalarında həm gündəlik istifadə üçün, həm də xüsusi günlər üçün müxtəlif ayaqqabı və çanta modelləri təqdim olunur. Müştərilər burada “Puma”, “Fila” “Adidas” kimi dünya üzrə tanınmış brendlərin məhsullarını tapa bilərlər. Bu brendlər gündəlik rahatlıq və müasir stil axtaranlar üçün ideal seçimlər təqdim edir.

Bununla yanaşı, bəzi qlobal brendlərin “Deichmann” üçün xüsusi hazırlanmış modelləri də kolleksiyalarda yer alır. Bu isə müştərilərə dünya moda trendlərini daha əlçatan qiymətlərlə əldə etmək imkanı yaradır.

Bütün ailə üçün kolleksiyalar

“Deichmann” kolleksiyalarında “Graceland”, “Bench”, “Easy Street”, “Mountain Creek”, “Victory”, “MPH One”, “CTW” və “Elefanten” kimi brendlər vasitəsilə qadın, kişi və uşaqlar üçün geniş çeşiddə ayaqqabı modelləri təqdim olunur. Bu kolleksiyalar gündəlik istifadə üçün rahat, funksional və müasir dizaynlı seçimləri bir araya gətirir.

Bundan əlavə, mağazalarda gündəlik stilinizi tamamlayan çantalar və ayaqqabılar üçün baxım məhsulları da təqdim olunur.