Deniz Seki eyvanda yıxıldı - Ombası sındı

deniz-seki-eyvanda-yixildi
Oxunma sayı: 510

Türkiyəli müğənni Deniz Seki xəstəxanaya yerləşdirilib.

“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, sənətçi İstanbulda yaşadığı evdə eyvana çıxarkən ayağının sürüşməsi nəticəsində yıxılıb.

Hadisədən sonra Sekinin iş yoldaşı Cemal Günbaş təcili tibbi yardım maşını çağırıb.

Bildirilib ki, xəstəxanaya çatdırılan müğənni müayinələrdən keçirilib.

Məlumata görə, tibbi yoxlamalar zamanı onun omba sümüyünün yaxınlığında sınıq və onurğasında zədələnmə aşkarlanıb.

Qəza nəticəsində xəstəxanaya yerləşdirilən sənətçi əməliyyat olunub.

Deniz Sekinin bir müddət yataq rejimində qalacağı və sağalma prosesində hərəkətlərini məhdudlaşdıracağı qeyd olunub.