“Qafqazinfo”ya açıqlamasında rejissor bildirib ki, mərhum reperlə bağlı ona müxtəlif zənglər gəlir:
“Mənə gündə Hüseyn Dərya ilə bağlı müxtəlif zənglər gəlir, kim olduqlarını demirlər, ad çəkmirlər. Mənə hədə-qorxu gəlirlər. Deyirlər ki, Dərya mövzusunu bağla. O narkoman idi və öldü getdi. Mənə zəng edənlərin kim olduğunu bilmirəm. Lakin Dəryaya edilən haqsızlıqların qarşısında susmayacam. Onun yarımçıq qalan işlərini tamamlamaq istəyirik. Təbii ki, bu Dəryasız tam olaraq mümkün deyil. Tezliklə Dəryanın ailəsinə dəstək məqsədi ilə bankda hesab açılacaq”.
Son xəbərlər
Son Xəbərlər