Albaniyada korrupsiya ilə mübarizə aparmağa kömək etməli olan ilk rəqəmsal “nazir” “Diella”nın yaradıcıları korrupsiyada şübhəli bilinir.
“Qafqazinfo” “The New York Times”a istinadən xəbər verir ki, ölkənin Milli İnformasiya Agentliyinin rəhbəri Mirlinda Karcanaj və onun müavini Hava Delibaşi 2025-ci ilin dekabr ayından ev dustaqlığına göndəriliblər.
Onlara qarşı rəsmi ittiham irəli sürülməsə də, sözügedən şəxslərin rüşvət almaqda və tenderlərdə saxtakarlığa yol verməkdə ittiham olunduqları bildirilir.
Ötən ilin sentyabr ayından vəzifələrinin icrasına başlayan “Diella”nın yaradılması ilə məhz Albaniyanın Milli İnformasiya Agentliyi məşğul olub.
Xatırladaq ki, Albaniya dünyada süni intellekti “dövlət naziri” vəzifəsinə təyin edən ilk ölkədir. “Diella” dövlət satınalmaları ilə məşğul olur, xüsusi bölmə isə “nazir”ə dəstək göstərir və bütün hökumətdə süni intellekti tətbiq edir. Məqsəd tenderlərin tam şəffaflığını təmin etmək və xərcləri azaltmaqdır.
Son xəbərlər
Son Xəbərlər