Bu gün saat 15 radələrində Daxili İşlər Nazirliyinin qarşısında orta yaşlı şəxs özünü yandırıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, həmin şəxs üzərinə yandırıcı maye tökərək özünə od vurub. Polis əməkdaşlarının köməyi ilə alov söndürülüb. Bu zaman polis əməkdaşlarından biri əl və qol nahiyəsindən xəsarətlər alıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidməti faktı saytımıza təsdiqləyib. Mətbuat xidmətindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, həmin şəxsi polis əməkdaşları söndürərək xəstəxanaya çatdırıblar:
“Həmin şəxsin evinin həyətində inşa etdiyi qanunsuz tikili yerli idarəetmə orqanları tərəfindən sökülüb. O da buna etiraz əlaməti olaraq nazirliyin qarşısına gələrək intihara cəhd edib. Baş vermiş hadisə Daxili İşlər Nazirliyinin fəaliyyəti ilə əlaqədar deyil”.
Nizam Rza
Son xəbərlər
Son Xəbərlər