DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya - Foto

dmm-den-malatya-ayaga-qalxdi-iddialarina-resmi-reaksiya
Oxunma sayı: 200

Türkiyədə sosial şəbəkələrdə yayılan “Malatya ayağa qalxdı” başlıqlı paylaşımların həqiqəti əks etdirmədiyi açıqlanıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin Dezinformasiya ilə Mübarizə Mərkəzi (DMM) “X” hesabında məlumat yayıb.

Bildirilib ki, Malatyada hazırda belə bir hadisə baş verməyib. Sosial şəbəkələrdə yayılan görüntülərin köhnə tarixə aid olduğu və ictimaiyyəti çaşdırmaq məqsədilə kontekstdən çıxarılaraq yenidən paylaşıldığı müəyyən edilib.

“İctimai asayişi pozmağa yönəlmiş bu əsassız iddiaları hazırlayan və yayan şəxslər barəsində zəruri hüquqi tədbirlərə başlanılıb”, – deyə açıqlamada qeyd olunub.

Mərkəz vətəndaşları ictimai sabitliyi, birlik və həmrəyliyi hədəf alan dezinformasiya xarakterli paylaşımlara inanmamağa çağırıb.

Xatırladaq ki, sözügedən görüntülər ötən gün sosial şəbəkələrin Türkiyə seqmentində geniş müzakirələrə səbəb olmuşdu. Paylaşımlarda Malatyada hökumət əleyhinə etiraz aksiyalarının keçirildiyi iddia edilirdi.