Yeniyetmələr qəzaya düşdü - Yaralılar var

yeniyetmeler-qezaya-dusdu
Oxunma sayı: 237

Gəncədə yol qəzası olub.

“Qafqazinfo” xəbər verir ki, hadisə şəhərin Ş.İ.Xətai prospektində qeydə alınıb.

 İlkin məlumata görə, qəza zamanı 2010-cu il təvəllüdlü G.M., 2012-ci il təvəllüdlü M.Ə. və daha bir nəfər xəsarət alıb.

Yaralılar Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdirilib, onların vəziyyəti kafidir.

Faktla bağlı araşdırma başlanılıb.

Yunis Quliyev