“Neftçi”nin kapitanı Emin Mahmudov Konfrans Liqasının ikinci təsnifat mərhələsində “Dinamo”ya (Minsk) qarşı oyundan danışıb.
“Qafqazinfo” xəbər verir ki, o, əvvəlcə sabah keçiriləcək ilk matç barədə jurnalistlərin suallarını cavablayıb.
- “Turan Tovuz” avrokuboklara buraxılmadı deyə Konfrans Liqasına 2-ci təsnifat mərhələsindən başlayırsınız. Oyuna necə hazırlaşmısınız?
- Gözləmirdik, bizim üçün hazırlaşmağa daha çox vaxt oldu. Bu, sabahkı oyuna mane olmayacaq, yaxşı hazırlaşmışıq.
- “Neftçi”nin 90 illiyi olacaq. Həm çempionluq, həm də qrupları istəyirsiniz. Bu iddialar nə dərəcədə realdır? “Dinamo” haqda fikriniz necədir?
- 90 illiyimizə görə böyük motivasiyamız var, çox vacib mövsümdür. İndi “Braqa”nı və ya başqa komandanı düşünmürük. “Dinamo”ya hörmətlə yanaşırıq. Cavan komandadır, yaxşı oynayırlar, onları düşünürük. Onları keçək, sonra düşünərik ki, nə dərəcədə qrupa düşməyimiz realdır.
- Açıq məşqdə çoxlu azarkeş oldu. Onlara sözünüz var?
- Möhtəşəm atmosfer var idi, bizə böyük motivasiya verdilər, daim bizimlədirlər. Əlimizdən gələni etməliyik ki, daha çox sevinsinlər. Oyundan əvvəl də bizə motivasiya verdilər. Onlara təşəkkür edirəm. Allah qoysa, biz onları sevindirməliyik.
- Gedənlər də oldu, necə düşünürsünüz, “Neftçi” nə dərəcədə dəyişib?
- Əvvəlki illərə baxanda indi çox oyunçu dəyişməyib. Bir neçə oyunçu gedib, bir neçəsi gəlib. Baş məşqçi də eynidir. 70 faiz heyət eynidir. Bu il daha stabillik görürəm. Bəzi oyunçular da gələcək, məncə, daha yaxşı olmalıyıq.
Son xəbərlər
Son Xəbərlər