DJ həmin toyda baş verənlərdən danışdı - “Bu səhv hər kəsi şoka saldı”

dj-hemin-toyda-bas-verenlerden-danisdi
Oxunma sayı: 1006

Devid və Viktoriya Bekhemlərin oğlu Bruklin Pelts-Bekhem və xanımı Nikola Peltsin toyundakı qalmaqallı “ilk rəqs” hadisəsi ilə bağlı yeni təfərrüatlar ortaya çıxıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Məlumata görə, toyun DJ-i Fat Toni (Fat Tony) Britaniyanın ITV kanalında yayımlanan “This Morning” proqramına müsahibəsində hadisənin necə baş verdiyini izah edib.

Onun sözlərinə görə, vəziyyət zaldakı hər kəs üçün olduqca utancverici olub:

“Toyda çıxış edən məşhur müğənni Mark Entoni zaldakı ən gözəl qadını Bruklinlə birlikdə səhnəyə dəvət edib. Lakin o, gəlinin adını çəkmək əvəzinə, Bruklinin anası Viktoriya Bekhemin adını səsləndirib. Bu gözlənilməz səhv hər kəsi şoka salıb. Nəticədə, hər kəsin maraqla gözlədiyi ilk rəqs gəlinin gözyaşları içində zaldan qaçması ilə yekunlaşıb”.

DJ Toni onu da bildirib ki, problem sadəcə Mark Entoninin səhvi və Viktoriyanın ilk rəqsi mənimsəməsi iddiası ilə bağlı olub.

Qeyd edək ki, Bruklin Bekhem bir neçə gün əvvəl verdiyi açıqlamada anasının onun xanımı ilə ilk rəqsinə mane olduğunu iddia etmişdi. Atası D. Bekhem isə sonradan CNBC kanalında yayımlanan “Squawk Box” adlı verilişdə oğlunun ittihamlarına cavab vermişdi.