Donbassda vəziyyət gərginləşdi, ölən və yaralananlar var - Yenilənib

Donbassda vəziyyət gərginləşdi, ölən və yaralananlar var
Oxunma sayı: 2114

Qondarma “Luqansk xalq respublikası”nın (LNR) qüvvələri Novotoşkovsk, Orexovo, Krımskoe və Xutor Volnıy yaşayış məntəqələri istiqamətində Ukrayna ordusunun mövqelərinə hücuma keçib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Donbassdakı Ukrayna qüvvələrinin qərargahı özünün feysbuk səhifəsində məlumat verib.

Məlumata görə, LNR-in hərbçiləri təmas xəttini keçməyə çalışıblar. Ukrayna Silahlı Qüvvələri itki verib.

“İşğalçılar bizim mövqelərimizə Minsk razılaşması ilə qadağan olunan silahlardan atəş açır. Düşmən 120 millimetrlik minaatanlar, iriçaplı pulemyotlar, qumbaraatanlar, artilleriya tətbiq edir”, - deyə qərargahdan bildirilib.

***

“İnterfaks-Ukrayna”nın məlumatına görə, Ukrayna Prezidentinin ofisi Milli Təhlükəsizlik və Müdafiə Şurasının təcili iclasını elan edib.

İclas Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibinin, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının, Daxili İşlər Nazirliyinin və Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbərliyinin iştirakı ilə keçiriləcək.

***

Ukrayna Müdafiə Nazirliyi Donbassda döyüşlərin dayandırılması barədə məlumat yayıb. Bildirilir ki, separatçılarla döyüşdə Ukrayna ordusunun 1 hərbçisi şəhid olub, 4 əsgər xəsarət alıb.

Separatçılardan isə 1 nəfər ölüb, 5-i ağır yaralanıb. 

Həmçinin vurğulanır ki,  atəşkəsə separatçılar tərəfindən çağırış edilib, Ukrayna tərəfi mövqelərini itirməyib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi