Dövlət Xidmətinin şəxsi heyəti Ulu Öndərin xatirəsini yad etdi - Fotolar

dovlet-xidmetinin-sexsi-heyeti-ulu-onderin-xatiresini-yad-etdi
Oxunma sayı: 432

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-mayor Mürsəl İbrahimov və qurumun aparatının, həmçinin Bakı qarnizonunun bir qrup hərbi qulluqçusu Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib.

“Qafqazinfo” xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı ziyarət olunub, üzərinə çiçəklər düzülüb.

Həmçinin Xidmətin Aparatında, Mərkəzi Çağırış Məntəqəsi Kompleksində və yerli struktur qurumlarında Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi anılıb.