“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə klub məlumat yayıb.
Bildirilib ki, Braziliyalı yarımmüdafiəçi Du Keyros Rusiyanın “Zenit” klubundan icarəyə götürülüb.
“Müqaviləyə əsasən, 26 yaşlı futbolçu cari mövsümün sonunadək “Sabah”ın üzvü olacaq. Klubumuz icarə müddəti başa çatdıqdan sonra futbolçunu birdəfəlik transfer etmək hüququna malikdir.
Du Keyros karyerası ərzində Braziliyanın “Korintians” (2021–2023), “Qremio” (2024) və “Sport Resife” (2025), Rusiyanın isə “Zenit” (2023–2024) və “Orenburq” (2025–2026) klublarında çıxış edib”, - deyə məlumatda qeyd edilib.






Son xəbərlər
Son Xəbərlər