Məşhur aktyor Bred Pitt bir dəfə özünü həmkarı Mett Deymon kimi təqdim etdiyini açıqlayıb.
“Qafqazinfo” xəbər verir ki, bu haqda “The Daily Beast” nəşri məlumat yayıb.
Pitt bir kuryerin onu tanıdığı, lakin harada gördüyünü dərhal xatırlaya bilmədiyi bir hadisəni xatırladıb. Həmin vaxt aktyor ani bir qərarla “Mən Mett Deymonam”, – deyə bildirib.
Qeyd edək ki, bu iki aktyoru bir-biri ilə səhv salmaq halları tez-tez baş verir.

Son xəbərlər
Son Xəbərlər