Dubaydan Bakıya gələn Pakistan vətəndaşı saxlanıldı

Dubaydan Bakıya gələn Pakistan vətəndaşı saxlanıldı
Oxunma sayı: 906

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları mobil telefonların qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsindən “Qafqazinfo”ya verilən məlumata görə, Dubay-Bakı aviareysi ilə gələn Pakistan vətəndaşı “Yaşıl kanal” buraxılış sistemi vasitəsilə gömrük nəzarət zonasını tərk etmək istəyərkən saxlanılıb və “Qırmızı kanal”a yönləndirilib.

Vətəndaşa məxsus çamadan rentgen aparatından keçirilən zaman monitorda şübhəli əşyaların təsviri görünüb və təkrar baxış keçirilməsi üçün yoxlama otağına dəvət olunub. Bu zaman əvvəlcədən gömrük nəzarətinə təqdim olunmayan, şifahi, elektron və yazılı formada bəyan edilməyən 10 ədəd “Samsung Galaxy Note 10” markalı mobil telefon və 2 ədəd qulaqlıq aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi