Duma Bayden rəhbərliyi ilə işə başlamağa çağırdı

duma-bayden-rehberliyi-ile-ise-baslamaga-cagirdi
Oxunma sayı: 649

Rusiya Dövlət Duması sədrinin birinci müavini İqor Lebedev ABŞ seçkilərinin müzakirəsini dayandırmağı və yeni seçilmiş Prezident Co Bayden rəhbərliyi ilə konstruktiv işə başlamağı təklif edib. “Qafqazinfo” xəbər verir ki, o, bu barədə “RİA Novosti”yə açıqlamasında bildirib.

“ABŞ-dakı seçicilər Baydenə səs verdilər, kifayət qədər çox dəstək aldı. Üç yüzdən çox seçici səsi…Sual bağlanıb, Bayden seçilmiş Prezidentdir.

Niyə ABŞ seçkiləri ilə bağlı bəzi məqamları müzakirə etməliyik? Gəlin onu (Bayden – red.) bu hadisə münasibətilə təbrik edək və indi Demokrat Partiyasının yeni rəhbərliyi ilə işləyəcəyik”, - deyə  Lebedev “Baydeni ABŞ-ın qanuni Prezidenti hesab etmək olarmı?” sualına cavabında bildirib.