Dünən yanğınlarda 6 nəfər xəsarət alıb - Video

dunen-yanginlarda-6-nefer-xesaret-alib
Oxunma sayı: 1049

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 33 yanğına çıxış, 3 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, ötən sutka ərzində 5 nəfər xilas edilib, 4 nəfər təhlükəsiz əraziyə təxliyyə olunub, 6 nəfər yanıq xəsarəti alıb.