Dünya çempionatında idmançılar zəhərlənib

dunya-cempionatinda-idmancilar-zeherlenib
Oxunma sayı: 679

Londonda davam edən atletika üzrə dünya çempionatında zəhərlənmə və oğurluq hadisələri baş verib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hadisə otellərin birində qeydə alınıb. Lakin, zəhərlənən idmançıların adları açıqlanmayıb.

Hadisə ilə bağlı Dünya Atletika Federasiyasından verilən açıqlamada məsələnin nəzarətdə olduğu bildirilib.

Məlumata görə, zəhərlənmə ilə yanaşı otaqlardan pul və əşyalar oğurlanıb. Hazırda hər iki faktla bağlı araşdırma aparılır.