Dünyada “COVID-19”a yoluxanların sayı 96 milyonu ötdü

dunyada-covid-19a-yoluxanlarin-sayi-96-milyonu-otdu
Oxunma sayı: 662

Dünyada yeni növ koronavirus (“COVID-19”) infeksiyasına yoluxanların sayı 96 milyonu ötüb. “Qafqazinfo” bildirir ki, bu barədə “worldometers.info”da məlumat verilib.

Belə ki, indiyədək 96 004 121 nəfər koronavirusa yoluxub, 2 049 232 nəfər bu virusdan dünyasını dəyişib, 68 626 506 nəfər sağalıb.

Hazırda dünyada 25 328 383 aktiv koronavirus xəstəsi var ki, onlardan da 111 847-nin vəziyyəti ağır qiymətləndirilir.

Qeyd edək ki, martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusu pandemiya elan edib.