ARB TV-də səyahət həvəskarlarını sevindirəcək “Dünyanı gəzirəm” adlı layihə start götürür.
Dünya miqyasında məşhur olan səyahət formatı bu dəfə Azərbaycanda – yerli istehsalda təqdim ediləcək.
Layihənin aparıcısı tanınmış bloqer Ramal İsayev olacaq. O, dünyanın müxtəlif ölkələrini səyahət edərək, həmin məkanların mədəniyyəti, adət-ənənələri, mətbəxi və gəzməli-görməli yerlərini tamaşaçılara təqdim edəcək.
Yeni proqram yalnız maraqlı görüntülərlə deyil, həm də praktiki məlumatlarla zəngin olacaq. İzləyicilər getmək istədikləri ölkələr haqqında əvvəlcədən faydalı bilgilər əldə edə biləcəklər.
Layihənin artıq bir neçə buraxılışı hazırdır. Ramal bildirib ki, çəkilişlər zamanı bir sıra qeyri-adi və həyəcanlı hadisələrlə qarşılaşıb. O, Asiya ölkələrini gəzdiyini, fərqli mədəniyyətlərlə qarşılaşdığını vurğulayıb. Onun sözlərinə görə, izləyicilər çətin keçilən yollar, təbiət möcüzələri, sirli kəndlər, yerli xalqla ünsiyyət və daha çoxunu bu verilişdə izləyəcəklər.
Zenith Xaricdə Təhsilin və “Voyalux travel”in sponsorluq etdiyi “Dünyanı gəzirəm” həm öyrədici, həm də ilhamverici olacaq.






Son xəbərlər
Son Xəbərlər