Dünyanın ən çirkli şəhərində yaşam - Fotolar

dunyanin-en-cirkli-seherinde-yasam
Oxunma sayı: 8146

Hindistanın paytaxtı Yeni Dehlidə havanın keyfiyyəti ən pis səviyyəyə çatıb. Səlahiyyətli şəxslər hava çirkliliyinin təsirlərini azaltmaq üçün daha sərt tədbirlər görməyə başlayıb.

Bu tədbirlər çərçivəsində təmiz enerji yanacağı istifadə etməyən bütün yük maşınları və oxşar nəqliyyat vasitələrinin paytaxta girişinin qadağan edildiyini və uşaqlara, yaşlılara, tənəffüs, ürək-damar xəstəlikləri olan insanlara qapalı ərazilərdə qalmaları tövsiyə edilib.

Həmçinin məktəblərdə 10 və 12-ci siniflər istisna olmaqla, bütün şagirdlər üçün əyani təhsilin dayandırıldığı açıqlanıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən şəhərdən fotoları təqdim edir: