BƏƏ-nin paytaxtı Əbu-Dabidə havada zərərsizləşdirilən raketin qalıqları bir nəfərin ölümünə səbəb olub.
“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, raket qalıqlarının düşməsi nəticəsində şəhərdə bir Pakistan vətəndaşı həlak olub.
Hadisə Bani Yas bölgəsində qeydə alınıb.
Bundan əvvəl isə paytaxtda hava hücumundan müdafiə vasitələri tərəfindən vurulan daha bir raketin qalıqlarının düşməsi nəticəsində bir fələstinli həlak olmuşdu.
Xatırladaq ki, İran ölkəyə İsrail və ABŞ tərəfindən həyata keçirilən aviazərbələrdən sonra Körfəz ölkələrinə zərbə endirməyə başlayıb.
Son xəbərlər
Son Xəbərlər