Türkiyəli məşhur aktrisa Eda Ece 4 ildir birlikdə olduğu basketbolçu Buğrahan Tuncer ilə evlənib.
“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, cütlüyün toyu 7 ulduzlu oteldə baş tutub.
Mərasimdə cütlüyün qohumları, yaxın dostları və həmkarları iştirak edib.
Qeyd edək ki, aktrisanın son ekran işi “Yasak elma” serialında “Yıldız” obrazı olub.