Əhməd Rəcəbli küçəsində yol çökdü, təhlükəli vəziyyət yarandı - Video - Fotolar

ehmed-recebli-kucesinde-yol-cokdu-tehlukeli-veziyyet-yarandi
Oxunma sayı: 2591

İntensiv yağışlardan sonra Bakının daha bir küçəsində yolun hərəkət hissəsində çökmə yaranıb.

“Qafqazinfo” xəbər verir ki, Nərimanov rayonu Əhməd Rəcəbli küçəsində - Dövlət Yanğından Mühafizə Xidmətinin Nərimanov Şöbəsinin qarşısında asfalt örtüyü çöküb. Nəticədə yolda sürücülər üçün təhlükəli vəziyyət yaranıb.

Ərazidə xəbərdarlıqedici nişanın qoyulmaması, çökmüş yerin lentlə əhatəyə alınmaması da riski artırır.

Həmin ərazidən görüntüləri təqdim edirik:

Video - Fotolar: Pərvin Zeynal