“Qafqazinfo” AzadlıqRadiosuna istinadən xəbər verir ki, Azərbaycandan yazıçı, qalmaqallı “Daş yuxular” romanının müəllifi Əkrəm Əylislinin də namizəd olduğu Nobel Sülh Mükafatı sahibini oktyabrın 10-da tapacaq.
Norveç Nobel Komitəsinə ünvanlanan müraciətdə Ə. Əylislinin “Azərbaycan və Ermənistan xalqları arasındakı düşmənçiliyin aradan qaldırılmasında mərdlik göstərdiyi” vurğulanıb. Müraciəti dünyanın müxtəlif ölkələrindən olar, yazarlar, alimlər imzalayıblar.
Sülh mükafatına 1986-cı ildə yəhudi-amerikan yazarı Elie Wiesel (yəhudi soyqırımının dəhşətlərini dünyaya çatdırdığı üçün və insan haqları uğrunda mübarizəyə görə), 2010-cu ildəsə çinli yazar-ədəbiyyatşünas Liu Xiaobo (Çində demokratiya insan haqları uğrunda mübarizəyə görə) layiq görülüblər.
Ədəbiyyat üzrə Nobel mükafatının veriləcəyi tarix yaxın günlərdə elan ediləcək.
Digər Nobel laureatlarının adlarının açıqlanacağı günlər:
Fiziologiya və tibb üzrə - 6 oktyabr
Fizika üzrə - 7 oktyabr
Kimya üzrə - 8 oktyabr
İqtisadi elmlər üzrə - 13 oktyabr
Mükafatçıların adları sözügedən günlərdə Bakı vaxtilə 14:00-15:00 arasında elan ediləcək. Mükafatçılar oktyabrda bilinsə də, mükafatlar sahiblərinə dekabrda - Stokholmdakı mərasimdə təqdim olunur. Hər bir laureata 1,2 milyon dollar (əvvəl 1,4 milyon dollar idi) pul mükafatı da verilir.
Son xəbərlər
Son Xəbərlər