Əkrəm İmamoğlu və Mansur Yavaş liderdir - Yenilənib

ekrem-imamoglu-ve-mansur-yavas-liderdir
Oxunma sayı: 14925

Xəbər verdiyimiz kimi, bu gün Türkiyədə yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilib.

“Qafqazinfo”nun məlumatına görə, ölkə üzrə hələlik 9.96 faiz seçki qutuları açılıb.

İstanbul üzrə bu faiz 5.45-ə bərabərdir. İlkin nəticələr üzrə İstanbulda Əkrəm İmamoğlu liderdir. O, 49.69 faiz səs qazanıb. Hakim partiyanın namizədi Murat Kurum isə seçicilərin 42.05 faizinin səsini toplayıb.

***

İzmirdə də CHP liderliyi var.

Belə ki, bu şəhərdə CHP namizədi Cemil Tuqay 47.95 faizlə liderdlir. “AK Parti” namizədi Hamza Dağ isə 37.14 faiz səs toplayıb.

Ankarada Mansur Yavaş öndədir.

CHP namizədi 56.98 faiz səs toplayıb. Hakim partiya namizədi Turqut Altıntok 35.83 faiz seçicinin etimadını qazanıb.

Adanada da CHP namizədi Zeydan Karalar 49.85 faiz səslə öndədir.

“AK Parti”dən Fatih Mehmet Kocaispir isə 38.04 faiz səslə onu izləyir.

***

Nəticələrə görə, İstanbulda Əkrəm İmamoğlu liderliyini davam etdirir. O, 50.30 faiz səs toplayıb. Onun ən yaxın rəqibi Murat Kurum isə 41 faiz səs toplayıb.

***

İstanbulda seçki qutularının 74.20 faizi açılıb. Əkrəm İmamoğlu 50.40 faizlə liderliyini davam etdirir. Murat Kurumun isə topladığı səs faizi 40.87-dir. Əsas rəqiblər arasında 605 336 səs fərqi var.

***

Səslərin sayılma prosesi yekunlaşmaq üzrədir. Türkiyənin böyük şəhərlərində ilkin nəticələr aşağıdakı kimidir:

İstanbul

Açılan sandıqlar: 92.35 faiz

Əkrəm İmamoğlu (CHP) - 50.88 faiz

Murat Kurum (AK Parti) - 40.09 faiz

İzmir

Açılan sandıqlar: 92.14 faiz

Cemil Tuqay (CHP) - 48.72 faiz

Hamza Dağ (AK Parti) - 37.01 faiz

Ankara

Açılan sandıqlar: 85.20 faiz

Mansur Yavaş (CHP) - 59.58 faiz
Turqut Altıntok  (AK Parti) - 32.19 faiz

***

Türkiyədə ötən gün keçirilən yerli özünüidarəetmə orqanlarına seçkilərdə qutuların 99,82 faizi açılıb.

Seçkilərin hazırkı nəticələrinə görə, İstanbulda Əkrəm İmamoğlu 51,09%, Murat Kurum 39,59%, Ankarada Mansur Yavaş 60,35%, Turqut Altınok 31,69%, İzmirdə Cemil Tuqay 48,90%, Hamza Dağ 37,07% səs toplayıb.