Türkiyə televiziya tarixinin yaddaqalan seriallarından olan “Doktorlar”ın “Ela” və “Levent”i 18 ildən sonra yenidən eyni layihədə bir araya gəlib.
“Qafqazinfo” xəbər verir ki, Yasemin Ergene və Kutsi “Tuzlu Kahve” serialında illər sonra qarşılaşaraq tamaşaçılara köhnə hekayəni xatırladıblar.
Yeni bölümün treylerində ikilinin üz-üzə gəldiyi səhnə sosial mediada böyük marağa səbəb olub. Kanalın sosial media hesablarında yayımlanan görüntülər qısa müddətdə müzakirə mövzusuna çevrilib.
İzləyicilər səhnəyə yumorla yanaşaraq “Bu dəfə ədalətsizliyi çamadana yığmaq Leventin növbəsidir” kimi şərhlər yazıblar.
Son xəbərlər
Son Xəbərlər