Elçin Hüseynbəylinin “Metro vadisi” Təbrizdə

elcin-huseynbeylinin-metro-vadisi-tebrizde
Oxunma sayı: 2946



“Metro vadisi”nin tərtibatçısı Əhəd Fərəhməndidir.

Kitaba “Metro vadisi” romanından başqa müəllifin “Məzar gəlini”, “O gözəllər ki vardı”, “Yekəpər”, “Günahın gül üzü”, “Sular günəşə nəğmə oxuyanda”, “Qara çadralı qadın”, “Sekstin madonnası”, “Pəncərədən baxan ayın şəkli” və bir sıra başqa hekayələri daxildir.

Əsərlərin tam anlaşıqlı olması üçün kitabın son bölümü “sözlük” adı altında verilib.

Əhəd Fərəhməndi kitaba ön sözündə bildirir ki, öncələr Qaraçuxanın Güneydə bir neçə hekayəsi yayımlanıb və özünə oxucular qazandıra bilib. “Arzu edirəm ki, başqa əsərləri də bu tay Azərbaycanda tərcümə olunaraq yayılsın” – deyə kitabın tərtibatçısı qeyd edib.

“Metro vadisi” bu günlərdə Təbrizdə keçirilən kitab sərgisinə çıxarılıb və satış şəbəkələrində yayımlanmaqdadır.