Ələkrəm Hümmətov vəfat etdi

elekrem-hummetov-vefat-etdi
Oxunma sayı: 13233

Özünü qondarma Talış-Muğan Respublikasının lideri kimi təqdim edən və 2004-cü ildən Niderlandda yaşayan Ələkrəm Hümmətov dünyasını dəyişib.

“Qafqazinfo” xəbər verir ki, o, Niderlandda xəstəlik səbəbindən vəfat edib.

Həmçinin oxuyun: Кто он - назначенный на высокую должность Адиль Керимли?

Qeyd edək ki, Ələkrəm Ələkbər oğlu Hümmətov 1948-ci ildə Lerikdə anadan olub. 1992-1993-cü illərdə Azərbaycan müdafiə nazirinin müavini olub. Bu vəzifədə olarkən, 1993-cü ildə qondarma Talış-Muğan Respublikasını elan edib və separatçılıq fəaliyyətinə görə həbs edilib. 2004-cü ildə həbsdən azad edildikdən sonra mühacirətə gedib.

Nizam Rza