Tanınmış media eksperti, “Toplum Tv”nin təsisçisi Ələsgər Məmmədli bu gün səhər saatlarında saxlanılıb.
Bu barədə “Qafqazinfo” Turan agentliyinə istinadən xəbər verir.
Bundan başqa, III Respublika Platformanın üzvü Ruslan İzzətli də saxlanılıb.
Qeyd edək ki, R.İzzətli martın 6-da saxlanılsa da, gecə yarısı sərbəst buraxılmışdı. Hazırda onun evində axtarış aparıldığı bildirilir.
***
“Toplum TV”nin təsisçisi Ələsgər Məmmədli şübhəli şəxs qismində tutulub.
Bu barədə onun vəkili Aqil Layıc məlumat verib.
Vəkilin sözlərinə görə, Ə.Məmmədli Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) maddəsi ilə ittiham olunur.
Həmçinin III Respubliкa Platformasının üzvü Ruslan İzzətli də eyni maddə ilə cinayət məsuliyyətinə cəlb edilib.
Son xəbərlər
Son Xəbərlər