Ələtdəki qəzada yaralananların vəziyyəti açıqlandı

eletdeki-qezada-yaralananlarin-veziyyeti-aciqlandi
Oxunma sayı: 1799

Bu gün səhər saatlarında Bakı-Ələt yolunda yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 5 nəfər xəsarət alıb. Yaralı şəxslər Kliniki Tibbi Mərkəzə aparılıb.

Mərkəzdən “Qafqazinfo”ya verilən məlumata görə, hadisə nəticəsində xəsarət alan şəxslərdən birinin - 1988-ci il təvəllüdlü şəxsin vəziyyəti nisbətən ağır olduğu üçün Mərkəzin Üz-çənə cərrahiyyəsi şöbəsinə yerləşdirilib.

Digər yaralılarda - 1997 və 1990-cı il təvəllüdlü şəxslərdə gicgah nahiyəsinin travması, 1978-ci il təvəllüdlü şəxsdə burun sümüyünün sınığı və 1988-ci il təvəllüdlü şəxsdə ayaq-daraq sümüyünün sınığı aşkarlanıb və hər birinə müvafiq tibbi yardımlar göstərilib.

Artıq yaralanan beş nəfərdən dördü ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.