“Qafqazinfo”nun məlumatına görə, tədbirdə AMEA-da çalışan və müxtəlif elm sahələri üzrə araşdırmalar aparan gənc alim, elmi işçi, dissertant və doktorantlar, eyni zamanda digər elmi-tədqiqat müəssisələrində və Universitetlərdə fəaliyyət göstərən elmi tədqiqatçılar “Müasir şəraitdə Azərbaycan tarixi qarşısında duran yeni vəzifələr” və “Azərbaycan dili, ədəbiyyatı və fəlsəfəsinin müasir problemləri“ mövzuları üzrə məruzələrlə çıxış ediblər.
Tədbirdə Milli Azərbaycan Tarixi Muzeyinin “Xarici əlaqələr və sərgilərin təşkili” şöbəsinin elmi işçisi Səidə Həmzəbəyova “Şəki şəhərinin tarixi (Şərqşünas V.Minorskinin tədqiqatlarına əsasən)” məruzəsi ilə çıxış edib.
Mədəni proqram çərçivəsində festival iştirakçıları Masallı rayonunun tarix-diyarşünaslıq muzeyində olmuş, yeni tanışlıqlar əldə edərək elmi əlaqələrini genişləndiriblər.
Son xəbərlər
Son Xəbərlər