Elnur Əşrəfoğlu ECMO cihazından ayrıldı - Yenilənib

elnur-esrefoglu-ecmo-cihazindan-ayrildi
Oxunma sayı: 5875

Koronavirusa yoluxan tanınmış jurnalist, Azərbaycan Cüdo Federasiyasının baş katibinin müavini Elnur Əşrəfoğlunu ECMO cihazından ayırırlar. 

Bu barədə “Qafqazinfo”ya onun qardaşı Rəşad Şükürov məlumat verib.

O bildirib ki, hazırda ayırma prosesi gedir: “ECMO aparatından ayrıldıqdan sonra tam məlumat verə biləcəyik. Hazırda bizdə də sonrakı proseslər və nə olacağı ilə bağlı məlumat yoxdur”.

***

“Yeni klinika”dan verilən məlumata görə, Elnur Əşrəfoğlu ECMO cihazından ayrılıb. Lakin onun ağciyərləri funksional deyil, vəziyyəti hazırda kritik ağırdır.