Elnur Kərimovu ilan sancdı - Foto-Yenilənib

elnur-kerimovu-ilan-sancdi
Oxunma sayı: 3240

Əməkdar artist Elnur Kərimovu ilan sancıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə aktyor özü sosial şəbəkə hesabında məlumat yayıb.

Xəstəxanadan paylaşım edən E.Kərimov “İlan sancması yaman olurmuş” sözlərini yazıb.

***

Hadisə ilə bağlı “Qafqazinfo”nun sorğusuna cavab olaraq Klinik Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh Məmməd bildirib ki, ötən gün 1981-ci il təvəllüdlü şəxs (kişi) ilan sancması şübhəsilə Kliniki Tibbi Mərkəzin Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə qəbul edilib.

Aparılan müayinələr nəticəsində şəxsdə ilan zəhərlənməsi təsdiqlənməyib. Vətəndaş ambulator müalicə üçün evə buraxılıb.