Elnur Məmmədov XİN rəhbərinin müavini təyin olundu

elnur-memmedov-xin-rehberinin-muavini-teyin-olundu
Oxunma sayı: 5143

Azərbaycan xarici işlər nazirinə yeni müavin təyin olunub.

“Qafqazinfo”nun “Report”a istinadən verdiyi məlumata görə, bu barədə Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb.

Sərəncama əsasən, Elnur Məmmədov xarici işlər nazirinin müavini təyin edilib.

Qeyd edək ki, E.Məmmədov bu təyinatadək XİN-in Ümumi Katibliyinin rəisi vəzifəsində çalışıb. O, daha əvvəllər təhsil nazirinin müşaviri olub.