Müğənni Günel Zeynalova türkiyəli həmkarı Seda Sayanla illərdir küsülü olduğunu açıqlayıb.
“Qafqazinfo” xəbər verir ki, o bu barədə “Sevilən səhər” proqramında danışıb.
Günel bildirib ki, illər əvvəl S.Sayanın proqramında qonaq olarkən həmkarı ona qarşı səhv hərəkət edib: “Bunu heç kim bilmir. O vaxtdan bəri heç vaxt onun verilişinə çıxmamışam. Kinli deyiləm. Azərbaycan mahnısını, “Sarı gəlin”i ifa etmək istədim. Bu zaman dilim sürüşdü, Azərbaycan və Türkiyə türkcəsinin sözlərini qarışdırdım. Orada mənə bir kəlmə dedi. Mən isə mahnı getdiyi halda Seda Sayana tərəf dönüb dedim ki, “sən biabır olacaqsan, Azərbaycan səni qəbul etməyəcək”. Təxminən 16 il öncə olub bu hadisə. Ondan sonra bir məclisdə qarşılaşdıq. Onu təqdim etməyimi istədilər, mən də “hər kəsin sevimlisi Seda Sayan” deyə təqdim etdim”.
Qeyd edək ki, Seda həmin zaman Günelə “korlanmış türkcənlə danışma” sözlərini demişdi.
Son xəbərlər
Son Xəbərlər