“Əminəm ki, Azərbaycanla Ermənistan sülh sazişini imzalayacaq”

eminem-ki-azerbaycanla-ermenistan-sulh-sazisini-imzalayacaq
Oxunma sayı: 1524

“Bu üçtərəfli platforma bizə çevik olmaq və konkret nəticələr əldə etmək üçün bir imkandır. Bugünkü görüşdə əməkdaşlığımızın dərinləşməsi prinsiplərini müzakirə etdik. Biz müxtəlif istiqamətlərdə əməkdaşlığımızı bundan sonra da fəallaşdırmağa hazırıq”.

“Qafqazinfo” xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili bu gün Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin 9-cu üçtərəfli görüşündən sonra keçirilən birgə mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Azərbaycan və Türkiyə Gürcüstanın ən böyük ticarət tərəfdaşlarıdır.

“Gürcüstan Cənubi Qafqazda sülhü və dinc yanaşı yaşayışı qətiyyətlə dəstəkləyir. Əminəm ki, Azərbaycanla Ermənistan sülh sazişini imzalayacaq və bu, regionda dönüş nöqtəsi olacaq”, - deyə gürcü nazir qeyd edib.