Ən çox arzulanan Sevgililər Günü hədiyyələri - TOP 10 əla təklif

en-cox-arzulanan-sevgililer-gunu-hediyyeleri
Oxunma sayı: 1620

Dünyanın hər nöqtəsində xüsusi həyəcan, coşğu və səbrsizliklə gözlənilən Sevgililər Gününün astanasındayıq.

Axı bu tarix sevdiyimizlə romantik atmosferə büründüyümüz, xoş sözlərlə onun ürək döyüntülərini artırdığımız və ən əsası isə özəl hədiyyə ilə həmin günü, hətta bütün ili sevgilimizin yaddaşına əbədi həkk etmək üçün əla səbəb verir.

Siz də onun ruhuna xitab edəcək, hər toxunuşunda sizi xatırladacaq hədiyyə axtarışındasınızsa, məqaləni oxumağa davam edin. Çünki “Kontakt” ən yaxşı tövsiyələri ilə bu yolda sizə işıq tutacaq.

1. Sevginin səsini duyun - Düzgün qulaqlıq seçimi ilə musiqi aranızda danışan dil ola bilər. Sevdiyiniz insanın səsini hər eşidəndə isə məsafədən asılı olmayaraq onu bir addımlığınızda hiss edə biləcəksiniz. Elə isə ağ və mavi rənglərlə təqdim olunan, 7 saat çalışa bilən Xiaomi Redmi Airdots 3 hədiyyə üçün doğru seçimdir. Siz susanda, musiqi ən saf duyğularınıza tərcüməçi olacaq.

2. Onunla danışmaqdan zövq alın - Heç kimə sirr deyil ki, hər zaman ən çox arzulanan hədiyyələr sırasında məhz iPhone modellərinin adı hallanır. Elə isə geniş ekranlı, uzun batareya ömrünə sahib, eyni zamanda uyğun qiymətə təqdim olunan iPhone 11 modeli həm sizin, həm də sevgiliniz üçün məqsədəuyğun seçim olacaq. iPhone 11 ilə romantik günün ab-havasını tamamlayın.

3. Hər saatı udulmaz edin - Şübhəsiz ki, bir insana verə biləcəyiniz ən dəyərli hədiyyə ona sərf etdiyiniz zamandır. Həyatınızı dəyərli edən şəxsə görüş saatlarınızı xatırladacaq, müxtəlif funksiyaları ilə onun sağlamlığının qayğısına qalacaq Apple Watch 7 çox incə düşünülmüş hədiyyə olacaq. Apple sevgilinizin, siz isə birlikdə həyatın nəbzini tutun.

4. Sevginin şəklini anında çəkin - Günümüzdə hər şey artıq rəqəmsallaşıb, lakin kağız şəkillər hələ də öz aktuallığını qoruyub saxlayır. İnstax Mini 11 ani çap fotoaparatı sizə xoş dəqiqələrinizi anında çəkərək çap edə bilmə imkanı yaradır. Şaquli və üfüqi çəkmə xüsusiyyəti, selfi seçimi və rəng intensivliyi ilə ən gözəl şəkillər sizin olacaq. Müxtəlif rəng seçimləri və yüngül çəkisi ilə bu hədiyyə onun sevimli əşyasına çevriləcəkdir.

5. Sevginin ritmləri sizinlə hər yerə gəlsin - Bəzən mobil telefonlar yüksək səslə musiqi dinləmək üçün yetərli deyil. Elə bu yerdə ona özü ilə dünyanın hər yerinə yanında daşıya biləcəyi JBL Charge 5 portativ akustikasını bəxş edə bilərsiniz. Məhz bu hədiyyə uzun müddət enerji saxlayaraq səyahətlərinizdə sevginizin harmoniyasını qoruyacaq. Necə deyərlər “Musiqi yalnız məhəbbətə uduzur. Amma məhəbbət özü də bir musiqidir”.

6. Sevginizə əyləncə qatın - Son illər əyləncə dedikdə ağla ilk sıralarda gələn əşyalardan biri də elektroskuterlərdir. Həm idman, həm də klassik üsluba önəm verən şəxslər üçün Xiaomi Mi Electroscooter cəlbedici hədiyyə seçimi ola bilər. Ruh əkiziniz onu asanlıqla qatlayıb istədiyi yerə apara bilər. Xiaomi Mi Electroscooter modelində 3 sürət rejimi mövcuddur. “Piyada” rejimində sürət 5 km/s-dır, “Standart” rejiminin sürəti 15 km/s, “İdman” rejimində isə maksimal sürət 20 km/s təşkil edir. Sürəti sevənlər bu hədiyyəni çox bəyənəcək.

7. Onun gözlərində həmişə gözəl qalın - Soyuq qış günlərində nazəndə sevgilinizin saçlarına çoxdan arzuladığı Dyson feni ilə bahar küləyi dəyəcək. 4 başlıqlı sözügedən fenlə sevdiyiniz saçlarının qayğısına ən aşağı dərəcə ilə belə qala bilər. Belə bir hədiyyəni hansı xanım istəməz? ;)

8. Onun üzünə yaxşı baxın - Baxımlı və səliqəli görünmək təkcə qadınlar yox kişilər üçün də başlıca həyat tərzidir. Həyatınızdakı “Ağ atlı oğlan”a ən çox istifadə edə biləcəyi əşyanı hədiyyə etməklə ona olan sevginizi və diqqətinizi ən yaxşı şəkildə tərənnüm edə bilərsiniz. Braun üzqırxanı həm quru, həm də nəm şəkildə istifadə üçün əla seçimdir. Onun dərisi təmiz və hamar, ürəyi isə həmişə sizin yanınızda qalacaq. 

9. Həm onun, həm də özünüzün işini asanlaşdırın - Əsl sevgidə sizin tək bir xoş sözünüz ona böyük hədiyyədir. Lakin gündəlik həyatı asanlaşdıran özünə və sizə daha çox vaxt həsr etməsini təşkil edəcək Xiaomi Robot tozsoranı da hədiyyə üçün heç də pis olmaz. Ən aşağı səslə çalışan Xiaomi tozsoranı heç bir detalın rahatlığınızı pozmağınıza imkan verməyəcək. 

10. Sevginin hərarətini qoruyun - Havalar soyuq olsa da sevginizin istiliyi daimi qalacaq. Bəli, çünki ikinəfərlik Microfiber yorğanı var. Yarınızla televizor qarşısına keçib, isti qəhvənizdən içərkən bu yorğan xoş auranıza biraz da yumşaqlıq qatacaq. Ona yumşaqlığı hədiyyə edin. 

“Kontakt”da istənilən zövqə və cibə uyğun 30.000 çeşiddə geniş hədiyyə seçimləri mövcuddur. 

Ətraflı məlumat almaq üçün kontakt.az saytına, *6060 Çağrı Mərkəzinə və ya şəbəkənin müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Həmçinin, sizə ən yaxın “Kontakt Home” mağazasını buradan müəyyən etməyiniz mümkündür.