Ərdoğan Azərbaycanla bağlı sazişi imzaladı

erdogan-azerbaycanla-bagli-sazisi-imzaladi
Oxunma sayı: 3534

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Türkiyə və Azərbaycan arasında energetika və  mədənçilik sahəsində əməkdaşlıq haqqında" sazişi təsdiqləyib.

"Qafqazinfo" xəbər verir ki, bu barədə qərar ölkənin rəsmi qəzetində dərc edilib. 

Bildirilir ki, qanun imzalandığı gündən qüvvəyə minir.

Xatırladaq ki, saziş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2017-ci ilin oktyabrın 31-də Azərbaycana səfəri zamanı imzalanıb.