Ərdoğan Kaxovka SES-lə bağlı komissiya yaratmağı təklif etdi

erdogan-kaxovka-ses-le-bagli-komissiya-yaratmagi-teklif-etdi
Oxunma sayı: 1492

Türkiyə və Ukrayna Prezidentləri Rəcəb Tayyib Ərdoğanla Volodimir Zelenski arasında telefon danışığı baş tutub. 

“Qafqazinfo” “CNN Türk”ə istinadən xəbər verir ki, söhbət zamanı tərəflər Ukraynada hazırda davam edən müharibə ətrafında fikir mübadiləsi aparıblar. 

Həmçinin oxuyun: США повышают визовый сбор

Ərdoğan Kaxovka SES-də baş verən partlayışla bağlı danışarkən qeyd edib ki, hadisə ilə bağlı ətraflı araşdırma aparmaq üçün münaqişə tərəflərinin mütəxəssislərinin, BMT və Türkiyə daxil olmaqla beynəlxalq ictimaiyyətin iştirakı ilə komissiya yaradıla bilər.

Xatırladaq ki, iyunun 6-na keçən gecə Ukraynanın Xerson vilayətində yerləşən Kaxovka Su Elektrik Stansiyasında partlayış baş verib. Rusiya tərəfi hadisənin Ukrayna Silahlı Qüvvələri tərəfindən törədildiyini açıqlayıb. Ukrayna isə SES-in Rusiya qoşunları tərəfindən partladıldığını iddia edib. Hadisə nəticəsində Nova Kaxovka və digər şəhərlərdə kəndləri su basıb. Ərazinin Ukraynanın nəzarətində olan hissəsində əhalinin təxliyəsi həyata keçirilib.