Ərdoğan Netanyahu və Qallantın həbsi ilə bağlı qərardan danışdı

erdogan-netanyahu-ve-qallantin-hebsi-ile-bagli-qerardan-danisdi
Oxunma sayı: 3678

“Beynəlxalq Cinayət Məhkəməsinin İsrailin Baş naziri Binyamin Netanyahu və sabiq müdafiə naziri Qallanta qarşı çıxardığı həbs qərarını dəstəkləyirik”.

“Qafqazinfo” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 4-cü Beynəlxalq QHT Sərgisində çıxışı zamanı deyib.

“Cəsarətli qərarın bütün ölkələr tərəfindən həyata keçirilməsini vacib hesab edirik. bəşəriyyətin beynəlxalq sistemə inamını yeniləmək üçün bu addım şərtdir”, - dövlət başçısı bildirib.