“Ərdoğan Putin və Zelenski ilə dialoqu davam etdirmək niyyətindədir”

erdogan-putin-ve-zelenski-ile-dialoqu-davam-etdirmek-niyyetindedir
Oxunma sayı: 759

“Ərdoğan qarşıdakı dövrdə həm Putinlə, həm də Zelenski ilə dialoqu dəstəkləməkdə davam etdirmək niyyətindədir”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Tokioda keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, Ukraynada müharibə ədalətli sülh yaradılması ilə başa çatmalıdır: “Və ilk növbədə Ukrayna üçün ədalətli. Daha əvvəl də dediyim kimi, Türkiyə bu əraziləri işğal olunmuş hesab edir. Lakin biz diplomatik nizamlanmaya ümidimizi itirmirik”.