Ərdoğandan ATƏT-ə sərt - Xəbərdarlıq

erdogandan-atet-e-sert
Oxunma sayı: 718

“Türkiyənin demokratiya, xarici siyasət, iqtisadiyyat, təhlükəsizlik sahələrində atmalı olduğu çox vacib addımlar var. Avropada ATƏT deyə bir təşkilat var. Özlərinə görə hesabat hazırlayıblar və deyirlər ki, guya Türkiyədə seçkilər elə olub, belə olub. Əvvəlcə həddinizi bilin. Sizin hazırladığınız siyasi xarakterli hesabatları biz nə görür, nə eşidir, nə də bilirik. Biz yolumuza davam edəcəyik”.

“Qafqazinfo”nun “Haberturk”ə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan referendum seçkilərinin nəticəsindən sonra Beştepedə xalq qarşısında çıxışı zamanı bildirib.

Türkiyə prezidenti Avropa Birliyi ilə əlaqələrindən də bəhs edib: “Avropa Birliyi qərarını versin və bizə çatdırsın. Baxırsan ki, hansısa reportyor hesabat hazırlayır. Bu cür reportyorları işlə təmin edənlərə təəssüf edirəm. Bunlar 54 ildir ki, bizi AB-nin qapısında gözlədirlər. Bundan sonra ya verəcəkləri sözə əməl edəcəklər, ya da nəticəsinə dözməli olacaqlar. Terror təşkilatlarını gizli şəkildə dəstəkləməklə heç nə əldə etməyəcəklər. Türkiyə nəyin bahasına olursa-olsun, sərhəddə terror qruplaşmasına əsla imkan verməyəcək”, - deyə Ərdoğan söyləyib.

Qeyd edək ki, Türkiyədə konstitusiyaya dəyişikliklə bağlı ümumxalq səsverməsini izləyən Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT) bağlı beynəlxalq müşahidəçilər referendumla bağlı hesabat hazırlayıblar.

Hesabatda bildirilir ki, referendumda Yüksək Seçki Qurumunun əldə etdiyi möhürsüz bülletenlərin keçərli sayılması ilə bağlı qərar hər hansı hiyləyə qarşı görülən tədbirləri boşa çıxarıb və qanuna zidd hesab olunur.

Hesabatda həmçinin qeyd olunur ki, səsvermənin nəticələri beynəlxalq standartlara uyğun deyil.