Ərdoğandan qəza ilə bağlı - İlk açıqlama

erdogandan-qeza-ile-bagli
Oxunma sayı: 9979

Gürcüstan ərazisində qəzaya uğrayan türk hərbi təyyarəsi ilə bağlı Türkiyə lideri Rəcəb Tayyib Ərdoğandan ilk açıqlama gəlib.

“Qafqazinfo” xəbər verir ki, Ərdoğan bu haqda AKP-nin Konqres Mərkəzində keçirilən Şəhərsalma Zirvəsində çıxışı zamanı danışıb:

“Təyyarəmizin qəzaya uğradığını öyrəndik, qurumlarla dağıntılara çatmaq üçün işlərimiz davam edir, inşallah qəzadan ən az itki ilə çıxarıq. Rəbbim şəhidlərimizə rəhmət eləsin, dualarımız onlarladır”.