Ərdoğandan Zəfər Günü paylaşımı

erdogandan-zefer-gunu-paylasimi
Oxunma sayı: 2251

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanı Zəfər Günü münasibətilə təbrik edib.

“Qafqazinfo” xəbər verir ki, Türkiyə Prezidenti bu barədə öz rəsmi tvitter hesabında paylaşım edib.

“Azərbaycanın Zəfər Bayramını, Qarabağ torpaqlarının azadlığa qovuşduğunun müjdəsini verən bu şanlı günü ən səmimi diləklərimlə təbrik edirəm. Vətən üçün gözlərini qırpmadan mübarizə aparan, şəhid olan qəhrəmanlarımıza Allahdan rəhmət diləyir, qazilərimizi minnətdarlıq hissi ilə yad edirik”, - deyə paylaşımda qeyd olunub.