Ərdoğanla Baydenin görüşü bitdi - Yenilənib

erdoganla-baydenin-gorusu-bitdi
Oxunma sayı: 4980

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Co Bayden Romada ikitərəfli görüş keçirəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Ağ Ev yayıb.

Bildirilib ki, Romada keçirilən “Böyük iyirmiliyin” (G20) G20 Liderlərinin Sammiti çərçivəsində keçiriləcək görüş 12:10-da baş tutacaq.

***

Ərdoğanla Baydenin görüşü başlayıb. Mətbuata qapalı görüşdə Ərdoğanı xarici işlər naziri Mövlud Çavuşoğlu, Baydeni ABŞ Dövlət katibi Entoni Blinken müşayiət edir.

***

Ərdoğanla Baydenin görüşü başa çatıb. Liderlərin görüşü 1 saat 5 dəqiqə davam edib.