Ərəb şeyxi “Gənclik Mall”da alış-veriş edib - Fotolar

ereb-seyxi-genclik-mallda-alis-veris-edib
Oxunma sayı: 9554

Birləşmiş Ərəb Əmirliklərinin baş naziri və vitse-prezidenti, Dubay əmiri Məhəmməd ibn Rəşid Əl-Məktum Bakıya qonaq gəlib.

“Qafqazinfo”nun “Baku.ws”ə istinadən verdiyi məlumata görə, Dubay əmiri yaxınları ilə birlikdə “Gənclik Mall”da alış-veriş edib. 

Dünyanın ən zəngin insanlarından biri olan əl-Məktum ovçuluğu da sevir. Belə ki, o, bir müddət öncə ölkəmizə səfər edərək rayonlardan birində ov edib. 

Qeyd edək ki, onun sərvəti 2015-ci ildə 4 milyard dollar miqdarında dəyərləndirilib.