Erməni hərbçinin meyiti tapıldı

ermeni-herbcinin-meyiti-tapildi
Oxunma sayı: 103

Noyabrın 18-də Müdafiə Nazirliyinin hərbi hissələrindən birində müqaviləli hərbi qulluqçu N. B.-nin odlu silahdan açılmış atəş nəticəsində aldığı xəsarətlə cəsədi aşkar edilib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, hadisənin təfərrüatlarının tam aydınlaşdırılması məqsədilə araşdırma aparılır.